IQNA

Liviyada Quranın 300 min nüsxəsi yenidən nəşr edilib

8:01 - February 07, 2024
Xəbər sayı: 3495434
İQNA – Liviya hökumətinin Dini İşlər və Vəqflər Baş İdarəsi Qalunun Nafidən rəvayətinə əsasən olan Qurani-Kərimin yenidən nəşr olunduğunu bildirib.

"İQNA", "Liviya xəbərləri"-nə istinadən bildirir ki, bu idarə "Cəmahiriyyə Müshəfi" kimi tanınan Qurani-Kərimin təxminən 300 min nüsxəsinin yenidən nəşrinin tamamlandığını açıqlayıb. Qalunun Nafidən rəvayətinə əsasən olan müshəf Quran Elmləri Ekspertlər Şurasının göstərişi ilə araşdırıldıqdan sonra nəşr olunacaq.

Liviya Ümumi Vəqflər İdarəsi bu Quranların müxtəlif məscidlərdə və Quran hifzi mərkəzlərində paylanacağını açıqlayıb.

“Cəmahiriyyə müshəfi” Müəmmər Qəddafinin dövründə bu ölkənin vəqf rəsmiləri tərəfindən hazırlanıb nəşr edilib. Müshəf, Qalunun Nafidən rəvayətinə əsasən olduğu üçün həm Liviyada, həm də qonşu ölkələrdə çox məşhur olmuşdur.

Liviyada köhnə rejimin dağılması ilə bu ölkədə Quranın çapı və yayılması sahəsində çoxlu problemlər yaranıb. Quranın icazəsiz nüsxələrinin ölkəyə daxil olmasından narahat olan bir çox dini qurumlar bu problemi həll etmək üçün hərəkətə keçiblər. Görünən odur ki, “Cəmahiriyyə Müshəfi”nin yeni adı ilə yenidən çapı bu problemləri çoxlu dərəcədə həll edə bilər.

4198300

captcha