IQNA

İslam dünyasının məşhur alimləri / 35

Şeyx İlyas Zhai, Quranı Çin dilinə tərcümə edən ilk tərcüməçi

10:27 - November 26, 2023
Xəbər sayı: 3495039
TEHRAN (İQNA) - Şeyx İlyas Vanq Cinq Zhai Qurani-Kərimi bütünlüklə Çin dilinə tərcümə edən ilk şəxsdir.

"İQNA", "Muslimunə həvləl-aləm" saytına istinadən xəbər verir ki, Çin müsəlmanları arasında yüksək mövqeyə malik olan Şeyx İlyas Vanq Cinq Zhai (1880-1949) Çinin şimal-şərqindəki Tianjin şəhərində dindar ailədə doğulub. Atası və babası çinli müsəlman alimləri, anası isə dini elmlərdə çox məlumatlı bir şəxs idi.

Çində İslam elmləri üzrə təhsil alan İlyas Zhai 1905-ci ildə oranı bitirərək təbliğat fəaliyyətinə başlayıb. Çin müsəlmanları üçün dini kitabların əhəmiyyətini dərk edən Şeyx İlyas dini kitabların Çin dilinə tərcüməsinə xüsusi önəm verib.

İlyas Zhai dini müəllim və tərcüməçi kimi 1922-ci ildə İslam ərəb ölkələrində elm adamları ilə görüşmək və onlardan dərs almaq üçün Misirə gedib və Əl-Əzhər İslam Universitetinə daxil olub. Daha sonra Məkkəni ziyarət edib həcc ziyarətini yerinə yetirib, oradan da Türkiyəyə gedib. 1924-cü ildə 600 kitabla Çinə qayıdıb.

Vətənə qayıtdıqdan sonra müxtəlif kitabları tərcümə etməyə başlayıb və həyatının 40 ilini buna sərf edib. O, ərəbcədən çin dilinə lüğət də tərtib etmişdir ki, bu lüğət 30 il bu sahədə yeganə istinad əsəri olaraq qalmışdır.

Şeyx İlyas Vanq Cinq Zhainin əsas işi 20 il ərzində tamamladığı bütün Quranın ilk tərcüməsi olub. Bu tərcümə ilk dəfə 1932-ci ildə Pekində, 1942-ci ildə Yinçuanda və 1946-cı ildə Şanxayda çap edilmişdir.

Qurani-Kərimin bəzi hissələri Çində tərcümə olunub. Amma Şeyx Vanqın tərcüməsi Qurani-Kərimin ilk tam tərcüməsidir.

Şeyx İlyas Vanq Cinq Zhai həyatını İslama və müsəlmanlara həsr edib və Çin müsəlmanları arasında dörd böyük imamdan biri hesab olunur.

 

captcha