"İQNA", "Əl-Kəfil"-ə istinadən xəbər verir ki, Astan Abbasi Darül-Quranına bağlı Nəcəf Quran Mərkəzi Kufə Universitetinin mərkəzi zalında bu vilayətin tələbələri üçün Quran proqramı çərçivəsində hifz və qiraət yarışlarının ikinci mərhələsi keçirilib.
Bu institutun direktoru Mehnəd "Əl-Kəfil"-ə müsahibəsində deyib: "Bu müsabiqə həyata keçirilən ən mühüm Quran proqramlarından biridir. Bu yarış iki gün davam edib.
Əl-Məyali müsabiqənin təkcə kişi tələbələr deyil, həm də universitetin qız tələbələri arasında da keçirildiyini və müsabiqənin onlar üçün universitetin başqa zalında keçirildiyini vurğulayıb.
4057976