IQNA

Məbəs Xeyriyyə Layihəsində ehtiyacı olan xəstələr müalicə edilib

10:40 - March 03, 2022
Xəbər sayı: 3491846
Məbəs bayramı xeyriyyə layihəsi Zambiyanın İslam Mərkəzi tərəfindən bu ölkənin məhrum kəndlərindən birində ehtiyacı olan xəstələr üçün mütəxəssis həkimlərin iştirakı ilə həyata keçirilib.

"İQNA", xəbər verir ki, Məbəs bayramı münasibətilə Zambiya İslam Mərkəzi məhrum bir kəndə xəstələrin müalicəsi üçün mütəxəssis həkim və tibb tələbəsindən ibarət tibbi heyət göndərib.

Bazar günü həyata keçirilən bu proqramda 130-dan çox xəstə müalicə olunub. Onlara xeyriyyəçilərin köməyi ilə alınan dərmanlar verilib.

Zambiya Respublikası, Cənubi Afrikada dənizə çıxışı olmayan bir ölkədir. O, şimalda Konqo Demokratik Respublikası, şərqdə Tanzaniya və Malavi, cənubda Mozambik, Zimbabve, Batsvana və Namibiya, qərbdə Anqola ilə həmsərhəddir. Paytaxtı Lusaka, rəsmi dili isə ingilis dilidir.

4039729

 

 

captcha