IQNA

Mavritaniya Quran qrupu Kərbəlada olub

19:49 - November 17, 2021
Xəbər sayı: 3491216
Mavritaniyadan olan bir qrup Qurani-Kərim qarisi və hafizi Kərbəlaya səfər zamanı Müqəddəs Hüseyni (ə) Astanını ziyarət edib.

"İQNA", " Qaf" Quran Xəbər Agentliyinə istinadən xəbər verir ki, Mavritaniya Quran qariləri, hafizləri və məscid imamlarından ibarət nümayəndə heyəti, Müqəddəs Hüseyni (ə) Astanını ziyarət edib. Müqəddəs Hüseyni (ə) Astanının Quran işləri üzrə baş katibinin müşaviri Şeyx Həsən Əl-Mənsuri və Beynəlxalq Quran Təbliği Mərkəzinin rəhbəri Müntəzir Əl-Mənsuri onları qarşılayıblar.

Bu qrupda Şeyx Salman Əhməd Sel, Şeyx Tirən Saleh və Bobo Kən kimi qarilər və hafizlər olub. Onlar, İmam Hüseynin (ə) hərəminin radiosunu ziyarət ediblər. Onlar, Qurani-Kərim Ustadı Əli Əl-Xəfacinin canlı ifası ilə icra olunan "Və Rəttilil-Quran" verilişində qonaq qismində iştirak ediblər. Bundan sonra onlar bu radionun direktoru Şeyx Əbdül Lətif Əl-Həsnavi ilə görüşüblər.

Bu Mavritaniya Quran qrupunun üzvləri, Qurani Kərim barədə Müqəddəs Hüseyni (ə) Astanının məsul şəxslərilə birgə keçirilə bilinəcək tədbirlərdə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Onlar həmçinin İraqın daxilində və xaricində bu Astanın Quran imkanlarından istifadə məsələsi haqqında danışıqlar aparıblar.

4013796

captcha