IQNA

Yəmənli uşaqların 75 faizi qida çatışmazlığından əziyyət çəkir

9:48 - November 16, 2021
Xəbər sayı: 3491205
Ümumdünya Səhiyyə Təşkilatı Yəmənli uşaqların 75%-nin xroniki qida çatışmazlığından əziyyət çəkdiyini bildirir.

İQNA, "Anadolu" Xəbər Agentliyinin ərəb bölməsinə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı bazar ertəsi Twitter hesabında yazıb: "Ümumilikdə 30 milyonluq Yəmən əhalisinin 16,2 milyonu ərzaq çatışmazlığından əziyyət çəkir."

"Yəmənli uşaqların dörddə üçü, yəni onların 75 faizi xroniki qida çatışmazlığından əziyyət çəkir" deyə təşkilat izah edib.

Yəmən yeddi ilə yaxındır ki, Səudiyyə-Amerika-Əmirlik koalisiyası tərəfindən qeyri-bərabər müharibəyə cəlb olunub. Bu müharibə indiyədək 233 mindən çox yəmənlinin ölümü ilə nəticələnib. Həmçinin BMT-nin məlumatına görə, ölkənin 30 milyon əhalisinin 80 faizi dünyanın ən pis humanitar böhranını yaşayır.

4013475

Teqlər: yəmən ، müsəlman ، quran ، İslam ، amerika ، məscid
captcha