IQNA

Quran yazmaq üçün ən yaxşı xəttatın seçilməsi

11:28 - November 06, 2021
Xəbər sayı: 3491139
Mavritaniya İslam İşləri Nazirliyi, Mavritaniya Quranını yazmaqa görə, xəttat seçmək üçün müsabiqə keçirir.

Qurani KərimİQNA, "Əl-əxbar"-a istinadən xəbər verir ki, Mavritaniya İslam İşləri Nazirliyi, elan edib ki, Mavritaniya İslam Respublikasına məxsus Qurani-Kərim yazdırmaq üçün bir xəttatla müqavilə imzalamaq istəyir. Buna görə də, xəttatlıq müsabiqəsi keçirir.

Müsabiqədə iştirak şərtləri ilə bağlı nazirliyin açıqlamasında deyilir: "İştirakçılar mavritaniyalı olmalıdır. Qurani-Kərimin xəttatlığı sahəsində təcrübəyə malik olmalıdır. Ərəb xəttatlığının qaydalarına, xüsusən məğrib yazısına və onun yerli nümunələrinə hakim olmalıdır. Həmçinin Qurani-Kərimdə istifadə olunan bəzək formalarını yaxşı bilməlidir.

Mavritaniya İslam İşləri Nazirliyi, müsabiqə iştirakçılarına müraciət edib ki, Həmd, Nəcm surələrindən birini və Quranın sonuncu cüzünün səkkizdə bir hissəsini (Kafrun surəsindən Nas surəsinə qədər) xəttatlıq nümunəsi olaraq yazıb bu nazirliyə göndərsinlər.

4010772

captcha