IQNA

İsrail qüvvələri məscidə gələn müsəlmanlara hücum etdilər

12:54 - August 14, 2021
Xəbər sayı: 3490518
Fələstin Dini İşlər Nazirliyi İsrailin hərəkətlərinə etiraz əlaməti olaraq cümə namazlarını yalnız Hərəmi İbrahimdə qılmağa dair çağırış etdikdən sonra 5 mindən çox fələstinli adıçəkilən ibadətgahda toplaşıb.

Ötən gün İsrail qüvvələri İordan çayının Qərb sahilində yerləşən əl-Xəlil şəhərindəki Hərəmi İbrahim məscidinə gələn müsəlmanları oradan qovmaq üçün gözyaşardıcı qaz və səs qumbaralarından istifadə ediblər.

Fələstin Dini İşlər Nazirliyi İsrailin hərəkətlərinə etiraz əlaməti olaraq cümə namazlarını yalnız Hərəmi İbrahimdə qılmağa dair çağırış etdikdən sonra 5 mindən çox fələstinli adıçəkilən ibadətgahda toplaşıb.

Məscidin başçısı Hifzi Əbu Səninə bildirib ki, İsrail qüvvələri cümə namazından öncə məscid ərazisini mühasirəyə alıblar.

Onun sözlərinə görə, İsrail qüvvələri cümə namazından sonra fələstinlilərə qarşı gözyaşardıcı qaz və səs qumbaralarından istifadə ediblər.

İsrail qüvvələri məscidin yerləşdiyi ərazidə cümə namazından öncə blokpostlar quraşdırıblar.

Namaza gələn fələstinlilər sərt yoxlamaya məruz qalıblar. Lakin bütün çətinliklərə baxmayaraq, müsəlmanlar cümə namazını qılmaq üçün Hərəmi İbrahimə gəlməyə davam ediblər. /Şəfəqna

Teqlər: israil ، sionist ، fələsin ، məscid
captcha