Fələstinin Qəzza şəhərinin müsəlmanları Əqsa məscidinin "Babur-Rəhmət" qapısındakı müsəllanın sionist yəhudi rejimi tərəfindən bağlanmasına etiraz ediblər.
Etiraz aksiyası keçirən yüzlərlə Qəzzalı müsəlman əllərində "Qüdsü qanımızla müdafiə edəciyik", "Qüdsə əhalisi ilə həmrəylik", "Qüds təhlükədədir", "Ləbbeyk ey Qüds, biz gəlirik" və "Babur-Rəhmət müsəllasına dəstək" şüarları yazılmış plakardlar daşıyıblar. /3911159