IQNA

Bu ölkənin prezidenti Quran hafizidir

9:53 - August 04, 2019
Xəbər sayı: 3485646
Mavritaniyanın yeni prezidenti Məhəmməd Vələd Ğəzvani hələ orta məktəbin beşinci sinifində oxuyarkən Qurani-Kərimi hifz etmişdi.

Onu digər ölkələrin prezidentlərindən fərqləndirən özəlliyi uşaqlıq çağlarından Qurani-Kərimi əzbərdən bilməsidir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Mavritaniyanın yeni prezidenti Məhəmməd Vələd Ğəzvani hələ orta məktəbin beşinci sinifində oxuyarkən Qurani-Kərimi hifz etmişdi.

Məhəmməd Vələd Ğəzvani 1956-cı ildə sufi məzhəbli dindar ailədə dünya göz açmışdır. Dini təlimləri öyrənməklə yanaşı hərbi təlimləri də öyrənmişdi.

Mavritaniyanın yeni prezidenti bakalavr diplomunu alandan sonra ölkənin silahlı qüvvələri sıralarına girdi. Ümumi təhsillə yanaşı hərbi təhsil də aldı.

Məhəmməd Bələd Ğəzvani 2019-cu ilin İyul ayının 22-də Mavritaniya prezidenti seçilib. Bundan öncə isə müdafiə naziri, ali müdafiə şurasının rəisi və milli təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsində çalışmışdı.

http://iqna.ir/fa/news/3832219

captcha