IQNA

Pakistanda İslami kitab sərgisi keçirilir

23:04 - February 23, 2019
Xəbər sayı: 3484737
Pakistanın "Cəmaəti İslami Hizbi" tərəfindən ölkənin bütün əyalətlərində "tələbə kitabı" sərgisi keçirilir. Sərginin açılış mərasimində İİR-nın Mədəniyyət Əlaqələri İdarəsinin məsulu da iştirak edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanın "Cəmaəti İslami Hizbi" tərəfindən ölkənin bütün əyalətlərində "tələbə kitabı" sərgisi keçirilir.

Sərginin açılış mərasimi Pakistanın Kəraçi əyalətinin universitetində İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin məsulunun iştirakı ilə keçirilib.

Məhəmmədrza Bariqi – İran İslam Respublikasının Kəraçi şəhərindəki Mədəniyyət Əlaqələri İdarəsinin məsulu, bu mərasimə Pakistanın Cəmaəti İslami Hizbinin və həmin hizbin tələbələr arasındakı qolunun (İslami Tələbə Cəmiyyəti) Sind əyaləti üzrə rəhbəri Merac əl-Hüda tərəfindən dəvət edilib.

İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin məsulu sərginin açılış mərasimində itşirak etdikdən sonra sərgiyə baxış keçirib.

Açılış mərasimində Sind əyalətinin İslami Cəmaət Hizbinin məsulu MəhəmmədHüseyn Möhnəti, Kəraci İslami Cəmaət Hizbinin rəisi Hafiz Nəim Rəhman, Kəraçi İslami Cəmaət Hizbinin ümumi əlaqələr məsulu Zahir Əskəri, ustad və tələbələr iştirak ediblər.

http://iqna.ir/fa/news/3792486

 

Teqlər: iqna ، pakistan ، kitab sərgisi
captcha