IQNA

Kazanın İslami kino festivalında 56 ölkə iştirak edəcək

8:56 - July 02, 2018
Xəbər sayı: 3483405
Rusiya federasiyasının Tatarıstan cümhuriyyətinin paytaxtı Kazan şəhərində keçiriləcək "Beynəlxalq İslami Kino Festivalı"nda dünyanın 56 ölkəsi iştirak edəcəkdir.

Kazanın İslami kino festivalında 56 ölkə iştirak edəcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya federasiyasının Tatarıstan cümhuriyyətinin paytaxtı Kazan şəhərində keçiriləcək "Beynəlxalq İslami Kino Festivalı"nda dünyanın 56 ölkəsi iştirak edəcəkdir.

Kazanın "Beynəlxalq İslami Kino Festivalı"nın icra komitəsinə dünyanın 56 ölkəsindən festivalda iştirak etmək istəyənlər tərəfindən minə yaxın ərizə daxil olmuşdur.

Bu festival cari ilin Sentyabr ayının 4-dən 10-dək "Rusiya və İslam dünyasının strateji baxışı" klubunun iştirakı ilə keçiriləcəkdir.

Kazanın "Beynəlxalq İslami Kino Festivalı"nda bu il Tatarıstan incəsənətçilərinin otuzadək kinofilm, sənədli film və qısametrajlı filmləri nümayiş olunacaqdır.

Bu festivalın qalibi insani, dini, ənənəvi dəyərləri, dini və humanitar sülh və dini tolerantlıq təfəkkürünü insanlara aşılaya bilən filmlər qalib elan ediləcəkdir.

Qeyd edək ki, "Beynəlxalq İslami Kino Festivalı" 2005-ci ildən Kazanda öz işinə başlamışdır, "qızıl mənbər" ləqəbini daşıyır və "mədəniyyətlərin dilaoqunda dialoq mədəniyyəti" devizini həmişəlik şüarıdır.

http://iqna.ir/fa/news/3726895

captcha