IQNA

Kərküdə partlayış: on iki nəfər ölü və yaralı

10:59 - June 11, 2018
Xəbər sayı: 3483306
İraqın Kərkük əyalətinin təhlükəsizlik qüvvələrinin xəbər qaynağının verdiyi məlumatda deyilir ki, bu gün, əyalətin cənubunda baş verən terror hücumunda on iki nəfər yaralanan və ölən olub.

Kərküdə partlayış: on iki nəfər ölü və yaralıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərkük əyalətinin təhlükəsizlik qüvvələrinin xəbər qaynağının verdiyi məlumatda deyilir ki, bu gün, həftənin birinci günü, 11 İyun 2018-ci il, əyalətin cənubunda baş verən terror hücumunda on iki nəfər yaralanan və ölən olub.

Hadisə zamanı bir qrup terrorist Kərkük əyalətinin cənubunda yerləşən Qaratəpə kəndinin yaxınlığındakı tərəkəmələrin könüllü qoşunlarının yoxlama-nəzarət postuna hücum edərək könüllülərdən bir neçə nəfərini yaralayıblar.

Bu terror hücumundan az sonra işə düşən bomba qurğusu isə yaralılara köməyə gələn tibbi yardım işçiləri və sivil vətəndaşlardan on nəfərini yaralamış və iki nəfərini şəhid etmişdir.

Qeyd edək ki, Kərkük əyalətində Kürdlər partiyasının qələbəsindən və İraq parlamentində Türkmənlərin tənqid olunmasından sonra çəkişmələr çoxalıb. Belə ki, iki gün öncə də bu şəhərin bazar məscidinin yaxınlığında bomba partladılmış, bir nəfərin ölümünə və 13 nəfərin yaralanmasına səbəb olmuşdu.

http://iqna.ir/fa/news/3721796

   

 

 

 

Teqlər: iqna ، kərkük ، İraq ، terror ، türkmən
captcha