IQNA

İŞİD-in raket düzəltdiyi emalatxana ələ keçdi – Foto

23:55 - June 08, 2018
Xəbər sayı: 3483295
İraqın Səlahuddin əyalətində İŞİD terrorist qruplaşmasına aid silah və raketlərin düzəldilməsi üçün istifadə edilən anbar və emalatxana kəşf edilib.

İŞİD-in raket düzəltdiyi emalatxana ələ keçdi – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Səlahuddin əyalətində İŞİD terrorist qruplaşmasına aid silah və raketlərin düzəldilməsi üçün istifadə edilən anbar və emalatxana kəşf edilib.

Bu barədə həftənin Cüməaxşamı günü İraqın təhlükəsizlik qüvvələri komandanlığının qərargahı xəbər verib.

İraqın müdafiə nazirliyinin sözçüsü General-mayor Səd Müin bəyaniyyə verərək deyib: Bu anbarda iki raket, 5 raket qurğusu, 60 raket atmaq üçün platforma və terror əməliyyatlarında istifadə edilən digər partlayıcı maddələr kəşf edilmişdir.

Bundan əlavə İraqın təhlükəsizlik qüvvələrinin media mərkəzi bildirib ki, Kərkük əyalətində İŞİD terrorçularına məxsus iki sığınacaq da məhv edilib.

http://iqna.ir/fa/news/3720850  

Teqlər: iqna ، raket ، kərkük ، səlahuddin ، İŞİd
captcha