IQNA

Onlarla sionist Məscidül-Əqsaya hücum edib

19:55 - August 01, 2017
Xəbər sayı: 3481925
Məscidül-Əqsada məhdudiyyətlərin davamında bu məscid bir daha sionist qəsəbə sakinləri tərəfindən hörmətsizliyə məruz qalıb.


Onlarla sionist Məscidül-Əqsaya hücum edib

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) maide.az-a istinadla xəbər verir ki, onlarla sionist qəsəbə sakini bu gün "Süleymanın məbədinin dağılması" iddiasının ildönümü günü adlandırdıqları münasibəti ilə sionist hərbçilərin dəstəyi altında Məscidül-Əqsaya hücum ediblər.

Sionist işğalçılar sionist qəsəbə sakinlərinin mərasimlər keçirmələri üçün fələstinli namaz qılanların Məscidül-Əqsaya daxil olmalarına imkan verməyiblər.

Eyni zamanda xəbər mənbələri İsrail rejiminin işğal olunmuş Qüdsün sakinlərindən intiqam əməliyyatından xəbər veriblər. Onlar Məscidül-Əqsanın mühasirəyə alınmasında uğursuz qaldıqdan sonra çoxlu sayda fələstinlini həbs ediblər.

Sionist hərbçilər 2017-ci il 14 iyuldan Məscidül-Əqsaya girişə qadağalar tətbiq etdilər. Fələstinlilər tərəfindən və beynəlxalq səviyyədə geniş etirazların ardınca sionis rejim məscidin girişlərində metal dedektorları yığışdırmalı oldular.

captcha