IQNA

İran haqqın tərəfindədir

14:12 - July 15, 2017
Xəbər sayı: 3481872
Suriyanın baş müftisi şeyx Əhməd Bədrəddin Həsun Hələb şəhərinin terrorçulardan azad edilməsindən sonra bu şəhərdə ilk cümə namazı xütbələrində İranın Suriya xalqına yardımlarını yüksək qiymətləndirib.

İran haqqın tərəfindədir

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Suriyanın müftisi şeyx Əhməd Bədrəddin Həsun Hələb şəhərinin Ərrövzə məscidində etdiyi çıxışında deyib: İran ona görə bizə kömək etməyə təşəbbüs göstərdi ki, o haqqa yardım etmək istəyirdi. Həsun deyib: Fələstində yəhudilərə qarşı deyil, öz hüquqlarımızı bərpa etmək üçün savaşırıq. Bu gün islam adı altında savaşanlar islamdan heç nə bilmirlər. Suriya müftisi deyib: Suriyanın 3 bölgəsində onların istəyi ilə və İraq-Suriya sərhədlərinə irəlilədiyimizdən sonra atəşkəs bərqərar olunur. Hamımız tövbə etməliyik və biri-birimizə nifrətə sona qoymalıyıq, Allaha bizə yardım etdiyinə görə şükr etməliyik.Həsun deyib: Biz Suriyada hamını qəbul edirik, hamını rəsmən tanıyırıq. Suriyanın yenidən qurulmasını öyrənməliyik. Hələb sakinlərinə deyirik ki, biz barışığa hazırıq. Ölkənin qucağına qayıdın, döyüşməyə son qoyun, biz kimisə öldürmək istəmirik. Hələbdən gedənlərə də deyirik ki, öz yurdlarına qayıtsınlar.

captcha