IQNA

Bəhreyn İnsan Hüquqları Mərkəzi:

Ali xəlifə rejimi təzyiq siyasətindən əl çəksin

10:22 - July 08, 2017
Xəbər sayı: 3481843
Bəhreyn İnsan Hüquqları Mərkəzi Ali Xəlifə rejiminin zorakılıq, təzyiq və məhvetmə cəhdlərinin davam etməsini tənqid edib.

Ali xəlifə rejimi təzyiq siyasətindən əl çəksin

Bəhreyn İnsan Hüquqları Mərkəzi Twitter hesabında Ali Xəlifə rejiminin nümayişcilərə qarşı tezyiqlərinin artmasına işarə edərək, bildiribdir ki, söz azadlığı cəmiyyətin bütün təbəqələrinin təbii haqqıdır ve hər bir vətəndaş özünü müdafiə etmə haqqına malikdir.

Hər bir Bəhreynlinin höküməti tendiq etmək haqqına sahib olduğunu bildirən mərkəz, vurğulayıbdır ki, Ali Xəlifə rejimi zorakılıq, təzyiq və məhvetmə cəhdlərinin davam etməsindən əl çəkməlidir.

Bəhreyn İnsan Hüquqları Mərkəzi Twitter hesabında Ali-Xəlifə rejimindən tələb olunur ki, insanların söz azadlığı haqqını tanısın, öz hüquqlarını əldə etmək üçün sakit etiraz aksiyaları keçirənlərə qarşı zorakılıq göstərməsin və siyasi məhbusları tez bir zamanda azadlığa buraxsın.

3616150

captcha