IQNA

İŞİD Qəfəsə salınmış 12 nəfər diri-diri yandırdı

10:53 - July 02, 2017
Xəbər sayı: 3481817
İŞİD terror qruplaşması daha bir cinayətə imza ataraq, İraqın Kərkük vilayətində yerləşən Hüvəycə şəhərindən qaçmağa çalışan 12 şəhər sakinini dəmir qəfəsə salaraq, diri-diri yandırıb.

İŞİD Qəfəsə salınmış 12 nəfər diri-diri yandırıldı

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinada verdiyi xəbərə əsasən, İŞİD terrorçuları Neynəva vilayətində İraq ordusu qarşısında ardıcıl olaraq məğlub olmasının intiqamını almaq üçün ölkənin müxtəlif şəhərlərində sivil əhalini qırğın etməyə başlayıb.

İŞİD terror qruplaşması 2014-cü ildə ABŞ və onun Ərəb və qərbli müttəfiqlərinin maliyyə, silah, locistik və siyasi dəstəyi ilə İraqa hücum edərək, ölkənin şimal və qərb hissələrinə nəzarəti ələ keçirmişdi. Bunun ardınca İŞİD İraqda dəhşətli cinayətlər törətməyə başladı.

O zamandan bəri iraqlı qüvvələr bir çox ərazii İŞİD-in işğalından azad etməyi bacarıb.

captcha