IQNA

Rusiyada yeni məscid istifadəyə verildi

6:45 - May 07, 2017
Xəbər sayı: 3481624
Rusiyanın Kostroma şəhərində yeni Came məscid tikilərək istifadəyə verilib. Məscidin açılış mərasimi keçən Cümə günü, 2017- ci ilin May ayının 5-də, Türkiyə Diyanət Bakanlığı iştirakı ilə keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiyanın Kostroma şəhərində yeni Came məscid tikilərək müsəlmanların istifadəsinə verilib.

Məscidin açılış mərasimi cari həftənin Cümə günü, 2017- ci ilin May ayının 5-də, Türkiyə Diyanət Təşkilatı rəisinin iştirakı ilə keçirilib.

Kostroma şəhəri Rusiyanın 320 km.-liyində yerləşir. Bu şəhərdə yeni istifadəyə verilən Came məscidi 2015-ci ildə Moskvada istifadəyə verilən Came məsciddən sonra ikinci məsciddir ki, Türkiyənin Diyanət İşləri Təşkilatı tərəfindən tikilərək Rusiyanın Tatar və Əhl-Sünnə müsəlmanlarının istifadəsinə verilir.

Bu Came məscidinin açılış mərasimində Türkiyənin Diyanət İşləri Təşkilatının rəisi Mehmet Görməz və Rusiya müsəlmanlar idarəsinin baş müftisi və Rusiya Müsəlmanlarının Mənəvi Hidayət Mərkəzinin rəisi Taliqat Tacuddin Cümə namazının xütbələrində çıxış etdilər.

Türkiyənin Diyanət İşləri Təşkilatının rəisi Mehmet Görməz çıxışında dedi: "Kostroma şəhəri birinci dünya müharibəsi zamanı 400 türkiyəli əskərin evi olub. Onlar bu məkanda namaz qılıblar. Burada açılışını etdiyimiz bu məscidin əslində 100 il tarixi vardır. Bu məscid daha öncə Bədiuzzaman Səid Nursinin evi olmuşdur".

Qeyd edək ki, Nursi 1293-cü hicri-qəməri ilində, yəni 2-ci Sultan Əbdül-Həmidin xilafətindən 3 il öncə Türkiyənin Bidlis əyalətinin İsparta rayonunun Nurs kəndində anadan olmuşdur. Birinci dünya müharibəsi başlayarkən bir əlinə Quran və digər əlinə silah götürərək gecələr düşmənə hücum edər və gündüzlər Quran dərsi deyərdi. Bu döyüşlərdə yaralanaraq əsir düşən Nursi 2 il 4 ay 4 gün əsirlikdə qalır.

SSR zamanında bu məscid sökülür və yerində amfiteatr binası tikilir. 1998-ci ildə isə yenidən Rusiyanın ən böyük müsəlman tayfası olan yerli tatarlar və Rusiyanın digər millətlərdən olan müsəlmanları bu məscidin tikilməsi üçün Türkiyə Diyanət İşləri Təşkilatından kömək istədilər.

http://iqna.ir/fa/news/3596486


captcha