IQNA

Seyid Həsən Nəsrullah türk əsgərlərin yandırılmasından danışdı

14:15 - December 24, 2016
Xəbər sayı: 3481182
Livanın "Hizbullah" hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Suriyanın Hələb şəhərinin tamamilə azad edilməsinə münasibət bildirib.

Seyid Həsən Nəsrullah türk əsgərlərin yandırılmasından danışdı

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) xəbər verir ki, "Əl-Mənar" telekanalı vasitəsi ilə çıxış edən Seyid Həsən Nəsrullah Hələb qələbəsinin Bəşər Əsədin devrilməsi ehtimalını məhv etdiyini vurğulayıb.

Seyid Həsən Nəsrullah baş verənlərin Suriya üçün siyasi çıxış yolunun qarşısını açacağını sözlərinə əlavə edib.

Hələb üçün bundan sonrakı vəzifənin gücləndirmə və təhlükəsizlik olduğunu diqqətə çatdıran Seyid Həsən Nəsrullah silahlı qruplaşmaların şəhəri və bölgəni hədəfə almağa davam edəcəyini vurğulayıb.

Ərəb ölkələrini də tənqid edən Seyid Həsən Nəsrullah, xüsusilə İordaniya və Qatarın Fələstin üçün xərclədikləri pullar ilə Suriyadakı terrorçular üçün xərclədikləri pulları müqayisə edib.

"Hizbullah" lideri iki türk əsgərin yandırılmasından da danışıb: "İki türk əsgərinin yandırılaraq qətl yetirilməsinin görüntülərini yaydılar. Bu vəhşi cinayətdir. Heç kim çıxıb bu cinayəti qınamadı. Səsini yüksəltmədi. Bu vəhşiliyi şiddətlə qınayırıq. İordaniyada İŞİD-in terror hücumunda çox sayda mülki şəxs öldürüldü. Ey İordaniya hökuməti, nə zaman dərs alacaqsınız? Türkiyəni görmürsünüzmü? Bütün dünya Türkiyənin İŞİD-i dəstəklədiyini deyir. Türkiyə İŞİD terrorçularının Suriya və İraqa keçməsinə şərait yaratmadımı? Türkiyə indi Suriyanın şimalında İŞİD ilə mübarizə aparır. İnterneti qadağan etdilər ki, müvəffəqiyyətsizliklərinin nəticələrini xalq görməsin. Türkiyə də siyasi oyunların Raqqa və Mosulda bitdiyini başa düşməlidir".

Mənbə: eastnews

captcha