IQNA

Almaniyada Quranı təhqir etmək dindarlıq prinsipinə ziddir

20:07 - August 10, 2022
Xəbər sayı: 3492704
İslam Mədəniyyəti və Rabitə Təşkilatı Almaniyada bəzi antiinqilabçı ünsürlərin Qurani-Kərimi təhqir etməsi ilə bağlı bəyanat yayıb. Bu hərəkət dindarlıq və möminlik prinsipinə zidd olaraq antiinqilabın mahiyyətini və kimliyini daha bir dəfə ortaya qoydu.

"İQNA", xəbər verir ki, İslam Mədəniyyəti və Rabitə Təşkilatı Almaniyada bəzi antiinqilabçı ünsürlərin Qurani-Kərimi təhqir etməsi ilə bağlı bəyanat yayıb. bu bəyanatın bir hissəsi belədir:

Hamburqda bir sıra antiinqilabçı ünsürlərin Qurani-Kərimi həyasızcasına təhqir etməsi dindarlıq və möminlik prinsipinə zidd olaraq onların təbiətinin və kimliyinin başqa bir cəhətini ortaya qoydu. Aydındır ki, bu addım təkcə özünü antiinqilabçı bilən ünsürlərə qarşı yönəlməməlidir. Almaniya hökuməti və təhlükəsizlik qurumları da bu anti-İslam hərəkətlərinin təkrarlanması üçün zəmin yaratdıqlarına görə məsuliyyət daşımalıdırlar.

Əldə olan dəlillərə və sənədlərə əsaslansaq, deyə bilərik ki, Qərbdə İslam əleyhinə olmaq və indi isə açıq Quran əleyhinə olmaq bu ölkələrin cəmiyyətlərindəki intellektual təkamülün məhsulu deyildi. Əksinə, Almaniya və Fransa kimi ölkələrin kəşfiyyat və intellektual qurumlarının düşüncə otaqlarının qaranlıq nəticəsidir.

4077287

captcha