IQNA

İsveçrədə İmam Hüseyn (ə) əzadarlarının yürüşü olacaq

19:48 - August 06, 2022
Xəbər sayı: 3492681
İmam Hüseyn (ə) əzadarlarının yürüşü İsveçrənin paytaxtı Sürixdə Əhli-Beyt (ə) İslam və Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunacaq.

"İQNA", xəbər verir ki, bu mərkəz elan edib ki, İmam Hüseynin (ə) əzadarlıq heyətlərinin yürüşü 9 avqust 2022-ci il çərşənbə axşamı, Helotia Platz meydanından Sürixin mərkəzinə qədər keçiriləcək.

Toplanış vaxtı yerli vaxtla axşam saat 18:00-dır və yürüşün başlama saatı 19:00, mərasimin yekunu isə 20:30-da olacaq.

Yürüşdə iştirak edən insanlardan ehsan gətirmək, yemək paylamaqdan çəkinmələri istənilib. Həmçinin onlardan əhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmələri və şübhəli hallar barədə tez məlumat vermələri xahiş olunub.

4076184

captcha