"İQNA", xəbər verir ki, Astan Ələvi və Hüseyni heyətləri arasında birgə koordinasiya ilə ətraf küçələrdən əzadarlıq qruplarının Ələvi müqəddəs ziyarətgahına daxil olmasını asanlaşdırmaq üçün planlar hazırlanıb.
Müqəddəs Ələvi ziyarətgahının xidmətçiləri əzadarlıq üçün ən yaxşı şərayiti hazırlamağa çalışırlar.
Həmçinin Məhərrəm ayının birinci ongünlüyündə Astan Müqəddəs Ələvinin texniki və mühəndis heyəti məşəlin daşınması mərasimi üçün İmam Hüseynin (ə) həyətinin yanında 3500 kvadratmetr sahəni qumlayıb.
Bundan əvvəl, Məhərrəm ayının başlanğıcı ərəfəsində Əmirəl-möminin (ə) hərəmində Seyyid Heydər Halinin Aşura mövzusundakı qəsidəsinin beytlərindən ibarət Tərmə kitabəsi ucaldılıb.
4075887