IQNA

Sadio Manenin doğma şəhərində xeyriyyəçilik fəaliyyəti

10:12 - June 29, 2022
Xəbər sayı: 3492475
Bu yaxınlarda Almaniyanın Bayern Münhen klubuna keçmək üçün "Liverpul"dan ayrılan seneqallı müsəlman oyunçu Sadio Mane doğma kəndində bir çox xeyriyyə işləri görü. O, məşhur olmayan və ucqar bir kəndi dəyişdirib.

"İQNA", "alquds.co.uk"-a istinadən xəbər verir ki, sadəliyin ilham mənbəyi kimi tanınan bu müsəlman oyunçu, Avropanın "Bavariya" klubunun futbolçusudur. O, "Bambalı" adlı ucqar və naməlum kəndi ideal kəndə çevirib.

Manenin yaxınları onun təvazökar və fəzilətli xasiyyətə malik olduğunu deyirlər. Qəzetlər və qlobal saytlar da onun məmləkətindəki son xeyriyyə və humanitar fəaliyyətlərindən yazırlar.

Sadio Manenin kəndindəki xeyriyyəçilik fəaliyyətinin siyahısı belədir:

250.000 avro dəyərində məktəb tikib.

455 min avro dəyərində xəstəxana tikib.

Kənd sakinlərinin internetə çıxışı üçün kəndə internet şəbəkəsi çəkib.

Kənddə hər ailəyə aylıq 70 avro ödəniş edir.

Savadlı tələbələrə pulsuz noutbuk verir.

O, Bambali kəndi üçün poçt şöbəsi və kəndin əhalisinə xidmət göstərmək üçün yanacaqdoldurma məntəqəsi tikdirir. Kənddə məscid də tikdirib. Onun atası sağlığında kəndin məscidinin imam camaatı olub.

4066962

captcha