"İQNA", "Şüruq News"-a istinadən xəbər verir ki, Misirin vəqflər naziri Məhəmməd Muxtar Cümə deyib ki, Quran məfhumlarının Hausa dilində təfsiri Əl-Əzhər Universitetinin Dillər və Tərcümə fakültəsinin Hausa dili üzrə müəllimi Saleh Əbu Bəkr Qora tərəfindən yazılmışdır.
O, əlavə edib ki, bu şərh Misir və Misir Vəqflər Nazirliyinin səyləri ilə dünyanın müxtəlif dillərində mötədil düşüncəni yaymaq və tərcümə hərəkatına, xüsusən də Quran məfhumlarının tərcüməsinə diqqət yetirmək üçün nəşr edilmişdir.
Muxtar Cümə qeyd edib ki, Misir İslam İşləri Ali Şurasının Nəşrlərdən biri olan "Qurani-Kərimin təfsirində seçilmişlər" kitabı şəklində Quran məfhumlarının bu asan tərcüməsini Hausa dilinin ilahiyyatçılarına təqdim etmək çox xoşdur.
4066865