IQNA

Ərəbistanda qapalı ərazilərdə maska taxmaq məcburiyyəti qaldırılıb

11:17 - June 15, 2022
Xəbər sayı: 3492406
Ərəbistan yüz minlərlə zəvvarı Allah Evinə qarşılaması ərəfəsində ölkədə qapalı yerlərdə maska taxmaq öhdəliyini ləğv edib.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin rəsmisi Corona xəstəliyinin monitorinqi və bu işdə əldə edilən yaxşı nəticələr səbəbindən xəstəliklə bağlı bəzi digər profilaktik məhdudiyyətlərin aradan qaldırılacağını açıqlayıb.

Məscidül-Həram, Məscidül-Nəbi (s) və xüsusi gigiyenik göstərişlər verilən və ya daha yüksək səviyyədə profilaktik göstəriş tələb edən yerlərdən başqa qapalı yerlərdə maskadan istifadə şərti ləğv ediləcək.

4064089

captcha