IQNA

İndoneziyalı Quran müəllimi velosipedlə Həcc ziyarətinə gedib

9:42 - June 14, 2022
Xəbər sayı: 3492402
İndoneziyalı Quran müəllimi Həcc ziyarətini yerinə yetirmək üçün velosipedlə Səudiyyə Ərəbistanına gedib.

İQNA, "Səudiyyə Gazette"-ə istinadən xəbər verir ki, indoneziyalı müəllim Məhəmməd Fozan bu səyahətə yeddi ay yarım əvvəl başlayıb.

Bu gənc indoneziyalı səyahətinə 4 noyabr 2021-ci ildə Mərkəzi Yavadakı Maqlanqdan başlayıb. O, keçən həftə Məkkəyə gəldikdən sonra müfrədə ümrəsini yerinə yetirib. O, 100 mindən çox zəvvarla ən böyük zəvvar qrupunu göndərəcək digər İndoneziya zəvvarlarına qoşulacaq. İndiyədək 21 minə yaxın indoneziyalı zəvvar Mədinəyə daxil olub.

O, bildirib ki, niyyəti Həcc əməlini yerinə yetirmək və İslamın üç müqəddəs məscidini, yəni Məkkədəki Məscidül-həramı, Mədinədə Peyğəmbər (s) məscidini və Qüdsdəki Məscidül-Əqsanı ziyarət etməkdir. O, habelə qeyd edib ki, Həcc ziyarətini yerinə yetirdikdən sonra Əl-Əqsa məscidini ziyarət etmək üçün Fələstinə,oradan da Fars körfəzinin digər ölkələrinə velosiped səfərimi davam etdirmək niyyətindəyəm.

سفر معلم قرآن اندونزیایی به حج با دوچرخه

سفر معلم قرآن اندونزیایی به حج با دوچرخه

سفر معلم قرآن اندونزیایی به حج با دوچرخه

4064043

captcha