İQNA, "Əl-yəvmus-sabi"-ə istinadən xəbər verir ki, Məscidül-həram və Məscidün-Nəbi işlərinin rəhbərliyi məlumat verib ki, bu ilin əvvəlindən Məkkədən 40 min tondan çox zəmzəm suyu Həzrət Peyğəmbərin (s) məscidində nəzərdə tutulan mənbələrə köçürülüb.
Səudiyyə rəsmilərinin bildirdiyinə görə, bu su, zəvvarların builki ayinlərdə istifadə edə bilmələri üçün ən yüksək standartlara uyğun daşınıb və saxlanılacaq.