İQNA, "Dhaka Tribune"-a istinadən xəbər verir ki, Banqladeşin paytaxtı Dəkkədən 360 km şimal-qərbdə, Nilfamri bölgəsindəki Seidpur şəhərinin kənarında "Çinili" və ya "Şüşəli" məscid adlanan çox gözəl və heyrətamiz bir məscid var. Bu tarixi məscid gözəl memarlığı ilə məşhurdur.
Bu məscid 1863-cü ildə tikilib. Lakin onun tikintisinə Hindistan monqol dövrünün binalarının memarlığı daha çox təsir göstərib. Çox detallı saraylar və məscidlər bu memarlıq üslubuna nümunədir.
Çinili məscidin tikintisində 243 ədəd mərmərdən istifadə olunub və bu məscidin üç böyük günbəzi və 32 minarəsi var.