Livanın "Hizbullah" hərəkatının siyasi bürosunun üzvü Şeyx Nəbil Qauq İsrail rejimi ilə bağlı açıqlama verib.
O, verdiyi açıqlamada vurğulayıb ki, müqavimət cəbhəsi İsrail rejiminə vurduğu zərbə ilə unudulmaz dərs verib.
"Bu gün regionda vəziyyət tamamilə dəyişib. Qüds artıq azadlığa əvvəlkindən daha da yaxındır", - deyə Şeyx Nəbil Qauq diqqətə çatdırıb.
Şeyx Nəbil Qauq qeyd edib ki, İsrail rejimi hal-hazırda tam olaraq mühasirə vəziyyətindədir. /eastnews