Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələrinin Yəməndə 250 mindən çox ibadət yerlərini aviazərbələr ilə vurduğu məlum olub.
Təkcə Səada vilayətində 303 məscidin Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri tərəfindən vurulduğu bildirilir.
Bu barədə Səada vilayətinin vəqflər müdiri Lütfi əl-Avavi açıqlama verib.
Lütfi əl-Avavi verdiyi açıqlamada vurğulayıb ki, Səada vilayətində 59 məscid tamamilə Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri tərəfindən dağıdılıb.