IQNA

İstanbulda "İmam Rzanın (ə) mələkuti ziyarətgahı" adlı sərgi keçirildi – Foto

10:37 - July 05, 2020
Xəbər sayı: 3487550
Tehran (IQNA) -  Türkiyənin İstnabul şəhərində İran İslam Respublikasının Mədəniyyət Əlaqələri Mərkəzinin təşəbbüsü ilə "İmam Rzanın (ə) mələkuti ziyarətgahı" adlı virtual şəkil sərgisi keçirilib.  

"İmam Rzanın (ə) mələkuti ziyarətgahı" adlı virtual şəkil sərgisi Həzrət İmam Rza (ə) və Həzrət Məsumənin (s) mövludları günlərində keçirilən "kəramət 10 günlüyü" tədbirləri münasibəti ilə təşkil edilib.

Həzrət İmam Rzanın (ə) türkiyəli müsəlmanlara daha çox tanıdılması hədəfi ilə keçirilən sərgidə İmam Rzanın (ə) müqəddəs hərəmindən hazırlanmış 40 foto nümayiş edilib.

Bu sərgini İran İslam Respublikasının İstanbuldakı Mədəniyyət Əlaqələri Mərkəzinin saytı vasitəsi ilə ziyarət edə bilərsiniz: İMAM RZA (ə) hərəmi

/3908681

captcha