IQNA

Bu həftəsonu növbəti Ay tutulması olacaq

9:28 - July 04, 2020
Xəbər sayı: 3487539
Bu ilin üçüncü Ay tutulması hadisəsi iyulun 5-də baş verəcək. Yarımkölgəli Ay tutulması hadisəsi saat 03:07-də başlayacaq və saat 05:52-də sona çatacaq.

Bu ilin üçüncü Ay tutulması hadisəsi iyulun 5-də baş verəcək. Yarımkölgəli Ay tutulması hadisəsi saat 03:07-də başlayacaq və saat 05:52-də sona çatacaq.

Tutulmanın maksimumu saat 04:31-də müşahidə olunacaq. Bu təbiət hadisəsini Cənub/Qərbi Avropa, Afrikanın çox hissəsi, Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanı, Antarktidada müşahidə etmək mümkün olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) Aydan bir az tünd görünəcək.

Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq.

Qeyd edək ki, 2020-ci ildə ümumilikdə 6 tutulma hadisəsi (2-si Günəş, 4-ü isə Ay) müşahidə olunacaq. Sonuncu dəfə bu sayda tutulma hadisəsi 2009-cu ildə baş verib. /deyerler.org/

Teqlər: Ay tutulma ، Gün tutulma ، küsuf ، xüsuf
captcha