IQNA

İslam dünyasına "QƏZƏB CÜMƏSİ" çağırışı edildi

9:48 - July 01, 2020
Xəbər sayı: 3487523
Tehran (IQNA) -  İordaniyanın İslami partiya, təşkilat və hərəkatları mətbuat konfransı keçirərək sionist rejiminin "ilhaq layihəsi"nə münasibətlərini bildiriblər.

Bazar ertəsi günü (29 İyun 2020) keçirilən mətbuat konfransında İordaniyanın İslami partiya, təşkilat və hərəkatları, o cümlədən "İxvanul-Müslimin", "Parlamentin islahatı komissiyası" və Omanın "İslami Əməl Cəbhəsi" birgə bəyanat yayaraq bütün İslam dünyasını bu həftə "QƏZƏB CÜMƏSİ" yürüşü keçirməyə dəvət ediblər.

İordaniyanın İslami partiya, təşkilat və hərəkatları bəyanatda sionist rejiminin "ilhaq layihəsi"nə etiraz bildirən dövlət və təşkilatlara təşəkkür edərək müsəlman dövlətləri, beynəlxalq təşkilat və qrumlardan bu mövzuda sionist rejiminə təzyiq etmələrini istəyiblər.

Həmçinin bəyanatda İordaniya dövlətindən 1994-cü ildə sionist rejimi ilə bağladığı sülh müqaviləsini, 2016-cı ildə imzaladığı qaz müqaviləsini və bütün diplomatik əlaqələrini ləğv etməsi tələb edilib.

Bundan əlavə İordaniyanın İslami partiya, təşkilat və hərəkatları Ərəb Birliyi və İƏT-dan "ilhaq layihəsi"nin qarşısını almaq üçün təcili tədbirlər görməsini tələb ediblər.

Bəyanatda sionist yəhudi rejimi İsrail ilə hər növ əlaqənin sadələşdirilməsi İslam dininə xəyanət hesab edilib. /3907846

captcha