IQNA

BƏƏ-nin beynəlxalq Quran yarışlarında 120 ölkə iştirak edəcək

6:14 - October 09, 2019
Xəbər sayı: 3485938
BƏƏ-nin "Dubay Mükafatı Beynəlxalq Quran Müəssisə"sinin xanımlar üçün təşkil etdiyi 4-cü beynəlxalq Quran yarışlarında iştirak etmək üçün 120 ölkəyə dəvətnamə göndərilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin "Dubay Mükafatı Beynəlxalq Quran Müəssisə"sinin xanımlar üçün təşkil etdiyi 4-cü beynəlxalq Quran yarışlarında iştirak etmək üçün 120 ölkəyə dəvətnamə göndərilib.

Şeyxə Fafimə bint Mübarək adına keçirilən bu Quran yarışları Noyabr ayının 1-də başlayacaq.

Dubay Mükafatı Quran Yarışlarının keçirilməsi komitəsinin məlumatına görə, bu yarışlarda iştirak etmək üçün 120 ölkəyə dəvətnamə göndərilib.

Bu yarışların birinci turunda 72, ikinci turunda 76 və üçüncü turunda 73 ölkə iştirak etmişdi.

Xanımlar arasında keçirilən bu yarışların mühüm şərtlərindən biri budur ki, iştirakçıların yaşı 25-dən çox olmamalı, Quranı təcvid qaydaları əsasında əzbər bilməlidirlər.

İran İslam Respublikasını bu yarışlarda Tehran sakini, 8 yaşlı Qurani-Kərim hafizi xanım Zeynəb Feyzi təmsil edəcək.   

https://iqna.ir/fa/news/3848286

captcha