IQNA

Kəraçidə Həzrət Zəhranın (s) mövludu mərasimi keçiriləcək

23:25 - February 22, 2019
Xəbər sayı: 3484730
Həzrət Fatimeyi-Zəhranın (s) mübarək mövludu münasibəti ilə keçirilən "Analar günü" bayram mərasimi gələn həftənin ikinci günü (26 Fevral 2019) Kəraçinin Amfiteatrında təşkil olunacaq.

Kəraçidə Həzrət Zəhranın (s) mövludu mərasimi keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanın Kəraçi şəhərinin "Cameətuz-Zəhra (s)" ali elmi dini hövzəsində və İran İslam Respublikasının bu şəhərdəki Mədəniyyət Əlaqələri İdarəsində Həzrət Fatimeyi-Zəhranın (s) mübarək mövludu münasibəti ilə bayram mərasimi keçiriləcəkdir.

Həzrət Fatimeyi-Zəhranın (s) mübarək mövludu münasibəti ilə keçirilən "Analar günü" bayram mərasimi gələn həftənin ikinci günü (26 Fevral 2019) Kəraçinin Amfiteatrında təşkil olunacaq.

Mərasimdə "Cameətuz-Zəhra (s)" ali elmi dini hövzəsin rəisi və Kəraçi şəhərinin dini və mədəni aktivisti Tahirə Fəzli və İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Məhəmmədrza Bariqi iştirak edəcəklər.   

http://iqna.ir/fa/news/3792129  

captcha