IQNA

İraqda VI Milli Tələbə Quran Yarışları başlayıb

22:51 - February 22, 2019
Xəbər sayı: 3484729
Qurani-Kərimin qiraəti və hifzi ixtisası üzrə keçirilən bu yarışlar cari həftənin Cüməaxşamı günü (21 Fevral 2019) İraqın bütün əyalətlərindən olan tələbələrin iştirakı ilə öz işinə başlayıb.

İraqda VI Milli Tələbə Quran Yarışları başlayıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kufə şəhərinin Kufə məscidində tələbələr arasında keçirilən VI Milli Tələbə Quran Yarışları başlayıb.

Qurani-Kərimin qiraəti və hifzi ixtisası üzrə keçirilən bu yarışlar cari həftənin Cüməaxşamı günü (21 Fevral 2019) İraqın bütün əyalətlərindən olan tələbələrin iştirakı ilə öz işinə başlayıb.

Kufə məscidində beynəlxalq hakimlərin və Quran ustadlarının nəzarəti ilə günün birinci və ikicni yarısında keçirilən yarışlar sabah, həftənin Şənbə günü, 23 Fevral 2019-cu il, öz işini yekunlaşdıracaq.

Qeyd edək ki, İraqın V Milli Tələbə Qurani-Kərim yarışları keçən il Fevral ayının əvvəlində 40 universitetinin iştirakı ilə keçirilmişdi.

http://iqna.ir/fa/news/3792265

captcha