IQNA

Humsun tarixi came məscidi yenidən istifadəyə verildi

21:42 - February 22, 2019
Xəbər sayı: 3484728
Məscidin açılış mərasimi cari həftənin üçüncü günü, 20 Fevral 2019-cu il, Rusiyanın Çeçenistan cümhuriyyətinin baş müftisi Səlah Mejiyevin iştirakı ilə keçirilib.

Humsun tarixi came məscidi yenidən istifadəyə verildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriyanın Hums şəhərinin "Xalid ibn Vəlid" adına tarixi came məscidi yenidən istifadəyə verildi.

Məscidin açılış mərasimi cari həftənin üçüncü günü, 20 Fevral 2019-cu il, Rusiyanın Çeçenistan cümhuriyyətinin baş müftisi Səlah Mejiyevin iştirakı ilə keçirilib.

Qeyd edək ki, Suriyanın Hums şəhərinin "Xalid ibn Vəlid" adına tarixi məscidi 2013-cü ildə ciddi zərər görmüş və istifadəyə yararsız hala düşürülmüşdü. Çeçenistan prezidenti Ramazan Kadirovun təşəbbüsü və dəstəyi ilə yenidən təmir edilərək istifadəyə verildi.  

مسجد تاریخی «حمص» سوریه بازگشایی شد

Bu xoş xəbərlə yanaşı Suriyadan qüssəli və acılı xəbər də var. Bu xəbərdə deyilir ki, Suriyanın Raqqa şəhərində İŞİD tərəfindən kütləvi şəkildə basdırılan 3500 cəsəd aşkarlanıb. Bu, indiyədək kəşf edilən ən böyük kütləvi qəbirdir. Habelə Raqqa şəhərinin girişində digər səkkiz kütləvi qəbir aşkar edilib ki, onlarda da 900 nəfərdən çox insanın cəsədi tapılıb.   

http://iqna.ir/fa/news/3792270

 

captcha