IQNA

İŞİD ünsürləri Bağuzda təslim oldular

23:40 - February 20, 2019
Xəbər sayı: 3484725
Hadisə yerində olan bəzi jurnalistlərin yaydığı məlumata görə, 2000 nəfərdən çox İŞİD ünsürləri və ailələri 60-80 maşından ibarət karvan ilə Bağuzdan çıxıblar.

İŞİD ünsürləri Bağuzda təslim oldularİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriyanın Bağuz şəhərində mühasirədə qalan İŞİD üzvləri özlərini və ailələrini QƏSD silahlılarına təslim ediblər.

əl-İttihadpress bu barədə yazıb: Bu gün, həftənin üçüncü günü, Suriyanın Deyrzur əyalətinin Bağuz şəhərində Fərat çayının şərqində mühasirədə qalan İŞİD terrorçuları özlərini və ailələrini Suriya Demokratik Qüvvələrinin silahlılarına təslim ediblər.

Hadisə yerində olan bəzi jurnalistlərin yaydığı məlumata görə, 2000 nəfərdən çox İŞİD ünsürləri və ailələri 60-80 maşından ibarət karvan ilə Bağuzdan çıxıblar.

Bu əməliyyat QƏSD-in (Suriya Demokratik Qüvvələri) silahlıları və koalisiya qüvvələrinin razılaşması əsasında həyata keçirilib. Sivil vətəndaşlar təhlükəsiz yerə köçürülüb. Onlar ABŞ qüvvələri tərəfindən yoxlanılacaqlar.   

http://iqna.ir/fa/news/3792063  

Teqlər: İŞİd ، bağuz ، qəsd ، suriya
captcha