IQNA

Hollandiya televiziyasında anti-İslam video yayımlandı

11:00 - March 20, 2018
Xəbər sayı: 3482929
Hollandiyanın dövlət televiziyasından İslam əleyhinə videoçarx yayımlanıb. Və bu məsələ hüquq aktivisitlərinin qəzəblənməsinə və narahatçılığına səbəb olub.

Hollandiya televiziyasında anti-İslam video yayımlandıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hollandiyanın dövlət televiziyasından İslam əleyhinə videoçarx yayımlanıb. Və bu məsələ hüquq aktivisitlərinin qəzəblənməsinə və narahatçılığına səbəb olub.

Bu film Hollandiyanın radikal “azadlıq” partiyasının seçkilərdə təbliğat kampaniyası üçün hazırlanıb və dövlət televiziyasının NPO kanalından yayımlanıb.

Ölkənin hüquqi aktivistləri və müsəlmanları bu işi məhkum ediblər. Həmçinin müsəlmanlar sosial şəbəkələr vasitəsi ilə tələb ediblər ki, bu filmin yenidən yayımlanmasına qadağa qoyulsun.

Hollandiyada yaşayan hüquqi akitvist hindistanlı İlya Di Feris bu işi pisləyərək deyib: Hollandiya dövlət kanallarında siyasi partiyalara ayrılan vaxtlar həmişə narahatçılıq doğurub. Radikal azadlıq partiyasının da bu addımı hamıda ikrah hissi doğurdu.

Digər hollandiyalı atkivist Erik bu barədə deyib: Bu partiya müsəlmanları cinayətkar göstərməklə özlərinin azadlıq tərəfdarı olduğunu sübut etmək istəyirlər. Halbuki onların bu hərəkəti qanuna ziddir və onlar İslam dini barədə belə danışa bilməzlər.  

http://iqna.ir/fa/news/3701259

captcha