IQNA

İŞİD İraqdan oğurladığı uşaqları Suriyada döyüşdürür

10:43 - March 20, 2018
Xəbər sayı: 3482928
İŞİD təkfirçi terrorist qruplaşmasının ünsürləri İraqdan oğurladığı 120 “eyzədi” uşağı Suriyada döyüş meydanlarında hərbi hədəflər üçün istifadə edir.

İŞİD İraqdan oğurladığı uşaqları Suriyada döyüşdürürİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “fəratnyuz” informasiya portalına istinadla verdiyi xəbərə görə, İŞİD təkfirçi terrorist qruplaşmasının ünsürləri İraqdan oğurladığı 120 “eyzədi” uşağı Suriyada döyüş meydanlarında hərbi hədəflər üçün istifadə edir.

Bu barədə İraqın parlamentinin eyzədi nümayəndəsi bəyaniyyə yayaraq bildirib ki, Neynəva əyalətindən oğurlanmış 120 uşağı Suriyada döyüşlərin birinci xəttində döyüşməyə vadar edirlər.

O əlavə edib: İŞİD-in əsirliyindən qaçan 11 yaşlı eyzədi uşağı özü kimi onlarla Sincardan olan 10-13 yaşlı uşağın əsirlikdə olduğunu və Suriyada İŞİD-in kontrolunda olan ərazilərdə döyüşməyə vadar edildiyini deyib.

İraqın parlamentinin eyzədi nümayəndəsi vurğulayıb: Əsirlikdə olan bu uşaqlar 6- 9 yaşları arasında oğurlanıblar və döyüşlərdə istifadə edilmək üçün beyinləri yuyulub.

O, İraq hökumətindən istəyib ki, bu uşaqları İŞİD-dən xilas etmək üçün Suriya sərhədlərindəki silahlı qüvvələri bu işə cəlb etsin. Və bu uşaqlara “qurbanlıq” gözü ilə baxılsın, terrorist deyil.

Eyzədi nümayəndəsi vurğuladı: İŞİD-lə döyüşən bütün silahlı qüvvələrdən istəyirik ki, bizim uşaqlardan muğayat olsunlar, onları əsirliyə götürəndə kimliklərini araşdırsınlar.   

O dedi: Bizim əlimizdə olan məlumata görə, indiyədək 1060 eyzədi uşağı İŞİD tərəfindən oğurlanıb, beyinləri yuyulub və döyüşlərdə istifadə edilərək öldürülüblər.

http://iqna.ir/fa/news/3701295

Teqlər: iqna ، İŞİd ، eyzədi
captcha