IQNA

Almaniyada vəfat edən 15 yaşlı oğlanın tilavəti uydurma imiş – Video

8:07 - March 19, 2018
Xəbər sayı: 3482924
Həmin audioklipin üzərində qoyulmuş şəkildə Almaniyalı Abdurrərhman əl-Ğazinin bir həftə öncə 15 yaşında ikən vəfat ediyi və anasının istəyi ilə onun Quran tilavəti səsinin yayılması yazılmışdı.

Almaniyada vəfat edən 15 yaşlı oğlanın tilavəti uydurma imiş – VideoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, az müddət öncə sosial şəbəkələr və saytlarda gözəl səslə Quran tilavət edən yeniyetmənin bir səs klipi geniş paylaşıldı.

Həmin audioklipin üzərində qoyulmuş şəkildə əslən Mərakeşdən olan Almaniyalı Abdurrərhman əl-Ğazinin bir həftə öncə 15 yaşında ikən vəfat ediyi və anasının istəyi ilə onun Quran tilavəti səsinin yayılması yazılmışdı.

İQNA-da almaniyalı yeniyetməyə aid edilən həmin səs klipini paylaşmışdı. Saytımızın oxucularından biri həmin xəbəri gördükdən sonra sözügedən səs klipinin 15 yaşlı yeniyetməyə deyil, İslam dünyasının Məhəmməd əl-Ğəzali adlı qarisinə aid olduğunu iddi etdi və bu barədə “youtube” saytından bir video da göndərmişdir.

Həmin videonu “youtube” kanalında yayan Məhəmməd Qəzali iddia edir ki, səs ona aiddir və öldüyü deyilən almaniyalı yenityetməyə aid deyil.  

Məhəmməd Qəzali deyir ki, bu klipi paylaşanlar mənim səsi təhrif ediblər və mən bu barədə onları Allaha tapşırıram. Bu iş Quran adına layiq deyil.

Daha doğrusunu isə Allah bilir. İQNA öz media vəzifəsinə uyğun olaraq hər iki xəbəri digər saytalara istinadla paylaşıb və doğruluğu hər iki xəbəri ilk dəfə paylaşanların öhdəsinədir və həmçinin sözü gedən klip barədə gələcəkdə də bu iddiaların olacağı ehtimalı istisna edilmir.

Məhəmməd Qəzalinin həmin klipin özünə aid olmasını iddi etdiyi videonu qarşıdakı linkdən İZLƏ.

http://iqna.ir/fa/news/3700499

captcha