IQNA

Pakistanda Quranın “hindkuh” dilinə tərcüməsinin təqdimat mərasimi keçirildi

22:58 - March 18, 2018
Xəbər sayı: 3482922
Qurani-Kərimin “hindkuh” dilinə mənzum tərcüməsinin bu gün, həftənin bazar günü, 18 Mart 2018-ci il, Pakistanın Pişavər şəhərində təqdimat mərasimi keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qurani-Kərimin “hindkuh” dilinə mənzum tərcüməsinin bu gün, həftənin bazar günü, 18 Mart 2018-ci il, Pakistanın Pişavər şəhərində təqdimat mərasimi keçirilib.

“Hindku” (hindkuh) dili Pakistanın şimal- qərbində yerləşən əyalətlərində yayılmış dillərdən biridir. Bu dil Sanksikrit dilləri qrupundandır. Və bəzi mənbələrə görə bu dildə Əfqanıstan, Hindistan və Pakistanda 10 milyon nəfər insan danışır.

Bu açılış mərasimində Pakistanın Xeybər-Paxtunxa əyalətinin Təhsil Naziri Müştaq Qəni və digər mədəni və siyasi şəxsiyyətləri iştirak ediblər.

Qurani- Kərimin bu tərcüməsini 1234 səhifədə Əbdülğəfur Malik həyata keçirmişdir. Bu tərcümədə ərəbcə mətn sağ tərəfdə və “hindku” dilində tərcüməsi sol tərəfdə çap edilmişdir.

Əbdülğəfur Malik 2004-cü ildə dünyasını dəyişmişdir. O, bundan öncə Həzrət Peyğəmbərin (s) hədislərini də “hindku” dilinə tərcümə etmişdir.      

http://iqna.ir/fa/news/3700515

Teqlər: iqna ، pakistan ، quran ، hindku
captcha