IQNA

Rusiyada “Şeyx Zayid” adına Quran yarışları

15:33 - March 18, 2018
Xəbər sayı: 3482920
Rusiyanın 2018-ci ilin payızında keçiriləcək 19-cu beynəlxalq Qurani-Kərim yarışları BƏƏ-nin şeyxi “Şeyx Zayid”in adını daşıyacaq.

Rusiyada “Şeyx Zayid” adına Quran yarışlarıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Misirin “əl-ehram” qəzetinə istinadla verdiyi xəbərə görə, Rusiyanın 2018-ci ilin payızında keçiriləcək 19-cu beynəlxalq Qurani-Kərim yarışları BƏƏ-nin şeyxi “Şeyx Zayid”in adını daşıyacaq.

Bu məsələ barədə keçən həftənin üçüncü günü, Rusiyanın Müftilər Şurası rəisinin müavini Dr. Rövşən Abbasov ilə Dubayın beynəlxalq Qurani-Kərim yarışları caizəsi komitəsinin rəisi arasında keçirilən görüşdə razılaşma əldə edilib.

Bu görüşdə əldə edilən razılaşmaya görə, Rusiyanın 2018-ci ilin payızında keçiriləcək 19-ci beynəlxalq Qurani-Kərim yarışları BƏƏ-nin şeyxi “Şeyx Zayid”in adını daşıyacaq və bu yarışlar “Zayid əl-Xeyir” devizi ilə başlayacaq.

Rusiyanın Müftilər Şurasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Eldar Caliyev dedi: Bu razılaşmaq Rusiyanın Müftilər Şurasının üzvləri ilə Dubayın hakimi İbrahim Əbumilhənin mədəniyyət işləri üzə müşavirinin tərəfindən imzalanıb.

Xatırladırıq ki, Rusiyanın beynəlxalq Quran yarışları hər il Oktyabr ayında keçirilir. Bu yarışları Rusiyanın müftilər idarəsi, xarici işlər naziri və Moskva şəhərinin meri dəstəkləyirlər.   

http://iqna.ir/fa/news/3700322

Teqlər: iqna ، rusiya ، quran ، dubay
captcha