İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Qurani-Kərim nüsxələrini çap edən çapxanalar Quranı məşhur və müxtəlif qiraətlər əsasında çap edirlər və bunun üçün ixtisaslaşdırılmış qrup fəaliyyət edir.
Misr çapxanalarında çap və nəşr edilən Qurani-Kərim nüsxələri əsasən "Vərş"in rəvayətinə uyğundur. Bu qiraət növü əsasən Orta Afrika, Mərakeş və Afrikanın şimal və şimal-qərb ölkərində yayılmışdır.
Qurani-Kərim nüsxələri çapdan və müxatəblərə verilməmişdən öncə beş mərhələ keçir ki, hər cür imla və texniki səhvdən təmizlənsin.
Aşağıda gördüyünüz fotolar isə Misrin məşhur Quran çapxanalarından birində çəkilmişdir və Qurani-Kərimin çap edilməsinin müxtəlif mərhələlərini göstərir.